Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın da iki diplomatının Fransada arzuolunmaz şəxs elan edilməsinə münasibət bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib ki, Azərbaycana cavab tədbiri olaraq, heç bir konkret dəlil olmadan Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa XİN-ə çağırılıb və iki diplomatımızın Fransada "arzuolunmaz şəxs" elan olunması ona bildirilib.

“Bir daha deyim ki, bizim atdığımız addımda sübut, dəlil və fakt var, onlarda isə bu yoxdur”, - nazir qeyd edib.