Azərbaycan-Çin münasibətləri ölkəmiz üçün çox vacibdir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“İki ölkə lideri arasında səmimi münasibətlər mövcuddur. Çinin bizim bölgəyə artan marağını görürük. Son müddət ərzində münasibətlərdəki yüksək dinamika bizi sevindirir. Son bir neçə ayın təqviminə baxanda bu dinamikanı görmək mümkündür”, - nazir bildirib.