Şərq tərəfdaşlığında müəyyən edilmiş ölkələrin hər birinin öz siyasəti, Aİ ilə prioritetləri var.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın yanaşması və mövqeyi hər zaman ardıcıl və aydındır:

"Biz hər zaman bildirmişik ki, bizim Aİ ilə münasibətimiz bərabərhüquqlu qarşılıqlı faydalı münasibətlərin inkişafı ilə gedir. Bizim Aİ-yə müraciətimiz yardım məqsədli olmayıb. Müzakirə olub, faydalı əməkdaşlığın axtarılması istiqamətində olub. Görünən də odur ki, bu, zamanla faydalılıq qazandırıb”.

"Aİ ilə yeni saziş üzrə danışıqları yekunlaşdırmaq istəyirik. Biz bunun üzərində çalışırıq. Azərbaycan tərəfinin istəyir budur ki, saziş bizim üçün tam əlverişli olmalıdır. Sazişin əksər hissəsi razılaşdırılıb. Bəzi istiqamətlər açıq qalıb. Bu, iqtisad-ticarət blokuna aiddir. Bundan da Azərbaycanın legitim gözləntiləri var" - nazir qeyd edib.