"NATO Ukrayna və Polşadan Polşanın Kiyevə hərbi tədarükünə xələl gətirmədən qarşılıqlı iddiaları aradan qaldırmaq üçün bir yol tapacağını gözləyir".

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "Reuters" agentliyinə müsahibəsində deyib.

“Ukrayna və Polşanın Ukraynaya hərbi yardıma təsir etməyəcək şəkildə bu problemləri həll etmək üçün bir yol tapacağını gözləyirəm və bundan əminəm”, - Stoltenberq bildirib.

Ukrayna ilə Polşa arasında ziddiyyətlər sentyabrın 15-də Polşanın Ukraynadan taxıl ixracına məhdudiyyətləri aradan qaldırmaması ilə başlayıb. 

Polşanın baş naziri Mateusz Morawiecki keçən həftə bildirmişdi ki, Varşava artıq Kiyevi heç bir silahla təmin etmir. O bildirib ki, ölkəsi hazırda ordusu üçün müasir silahlar alır və artıq böyük sifarişlər verib.