"NATO Rusiyandan hücum risklərinə qarşı Soyuq Müharibədən bəri ən böyük hərbi təlimini keçirəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bu gün NATO ölkələrinin hərbi rəhbərliyinin Brüsseldə keçirilən görüşündə bildirilib.

Təlimlər fevral ayında başlayacaq və təxminən 90 min hərbçi iştirak edəcək. Təlim "Sabit Müdafiəçi" adlanacaq. Beynəlxalq quru qüvvələrinin döyüş qabiliyyətinə hazır vəziyyətə gətirilməsi və yerləşdirilməsi məşq ediləcək.

Ssenari Rusiyanın alyans ölkələrindən birinə hücumunu nəzərdə tutaraq NATO müqaviləsinin 5-ci maddəsini işə salmağa hazırlıq xarakterlidir. Bu miqyasda sonuncu məşq 1988-ci ildə baş tutub. Bu təlimlərdə isə 125 min nəfər iştirak edib.