İsveçdə irimiqyaslı “Avrora-23” hərbi təlimləri başlayır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu təlimlər ölkə ərazisində son 25 ildə NATO-ya üzv ölkələrin iştirakı ilə həyata keçirilən ən böyük hərbi təlimlər olacaq.  

Təlimlərdə Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, Latviya, Litva, Norveç, Polşa, ABŞ, Ukrayna, Fransa, Finlandiya, İsveç və Estoniyadan olan 26 min hərbçi iştirak edəcək.