İqtisadiyyat.Az ölkə.az-a istinadən xəbər verir ki, belə bir təkliflə deputat Əli Məsimli Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

Onun sözlərinə görə,  müəllimnlərin maaşlarının  artırılması ilə bağlı sərəncamlar olsa da, nədənsə psixoloq müəllimlərin maaşları artırılmır. “Artırılırsa hamısı artırılsın. Yoxsa bu gün psixoloq müəllimlərlə digər müəllimlərin maaşları arasında ciddi fərq var. Beynəlxalq praktikaya da əsaslansaq görərik ki, bu gün cəmiyyətdə psixoloq müəllimlərə daha çox ehtiyac var. Belə olan halda onların maaşları artırılsa yaxşı olar”,- deputata qeyd edib.