Müdafiə Nazirliyinin elan etdiyi "Müdafiə Nazirliyi üçün təmizlik vasitələri və ləvazimatlarının satın alınması" tenderi başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "MODERN NİCE SUPPLY" MMC olub. Şirkətlə 189.724,32 AZN məbləğində müqavilə imzalanıb. 

Tenderdə iştirak haqqı 350 manat, predmeti isə Müdafiə Nazirliyi üçün təmizlik vasitələri və ləvazimatlarının satın alınmasıdır.

Satınalan təşkilatın VÖEN-i:  1300162621

Satınalan təşkilatın ünvanı:   Parlament prospekti 3

"MODERN NİCE SUPPLY" MMC təsərrüfat mallarının pərakəndə satışı ilə məşğuldur.

Ətraflı məlumatla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://etender.gov.az/main/competition/detail/295265

Qeyd edək ki, müsabiqədə iştirak, qiymətləndirilmə və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılıb. 

Gülşən Şərif