Yanvarın əvvəlində motosikletlə qəzaya düşən sürücü Emil Fadeyev vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, o, yerləşdirildiyi xəstəxanada ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, E.Fadeyev yanvarın əvvəlində idarə etdiyi motosikletlə qəzaya düşüb. O, bu müddət ərzində koma vəziyyətində olub.