"Bu gün səhər saatlarında Moskvanı hədəf alan ən azı üç pilotsuz uçuş aparatı (PUA) vurulub".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hava hücumundan müdafiə sistemləri Kaluqa və Tver vilayətləri üzərində 2 PUA-nı, İstra vilayəti üzərindən isə 1 PUA-nı məhv edib.

 

Gözəl Həşimova