"Avropa İttifaqı (Aİ) Rusiya almazlarına qarşı sanksiyaların tətbiqi məsələsi üzərində işləməyə davam edir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel  bildirib.

 Onun sözlərinə görə, bu istiqamətdə daha ​​çox iş görülməsi lazımdır.

Bununla belə, Şarl Mişel Aİ-nin Rusiya Federasiyasına qarşı yeni sanksiyalarının nə vaxt tətbiq edilməsi məsələsinə aydınlıq gətirməyib.