"Miqrant axını Nyu-York şəhərini məhv edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nyu-York meri Erik Adams bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin aprelindən bəri Nyu-Yorka 110 min miqrant gəlib: "Miqrant axını səbəbilə büdcədə 12 milyard dollar kəsir yaranıb. Rusdilli vətəndaşlar, eləcə də Qərbi Afrikadan gələn miqrantlar Meksika vasitəsilə Nyu-York-a gəlirlər".

Əlavə edək ki, 2021-2022-ci illərdə ABŞ-yə miqrant axını rekord səviyyəyə - 2,3 milyon nəfərə çatıb.

 

Gözəl Həşimova