Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının iclası 2025-ci ildə Minskdə keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko MDB İqtisadi Şurasının iclasının yekunları üzrə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, MDB İqtisadi Şurasının gələn il Minskdə iclasının keçirilməsi təklifi dəstəklənib:

"Birlik ölkələrinin 2030-cu ilə qədər iqtisadi inkişafı üzrə təkliflərin hazırlanacağı iclas keçiriləcək. Minsk görüşündə hazırlanan təkliflər sonradan təsdiq olunmaq üçün MDB ölkələrinin hökumət başçılarına təqdim olunacaq".

 

Gözəl Həşimova