"ABŞ və bir çox NATO ölkələri Ukraynanın alyansa üzv olmasını istəmir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "NBC" televiziyasına müsahibəsində deyib.

“Birləşmiş Ştatlar, ilk növbədə, Ukraynanı NATO-nun üzvü kimi görmək istəmir. Biz qərar qəbul edərkən hər zaman digər NATO-ya üzv ölkələrin mövqeyini nəzərə alırıq, mümkün məsələləri danışıqlar masasında müzakirə edirik və müvafiq yekun qərarı veririk. Ancaq Ankara bu məsələ ilə bağlı yekun qərar verməyib”, - deyə o qeyd edib.

Türkiyə prezidenti vurğulayıb ki, Ukraynanın NATO-ya qəbulu zamanı alyansda iştirak edən digər ölkələrin mövqeyi onun üçün önəmli olacaq.

 

Gözəl Həşimova