Milli Məclisdə azad edilmiş ərazilərdə mina terroru ilə bağlı dinləmə keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2024-cü il yaz sessiyası üçün İş Planına daxil edilib.

Sessiya müddətində ANAMA ilə birgə “Azad edilmiş ərazilərdə mina terroru: Ermənistanın hərbi cinayətlərinin davamı kimi” mövzusunda dinləmələr keçiriləcək.