Ölkəmizdə qeyri-neft sənayesinin inkişafı bu sahənin iqtisadi artımda rolunun artmasına mühüm təkan verir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

O bildirib ki, ötən il qeyri-neft sənaye məhsullarının ixracının cəmi qeyri-neft ixracında payı 67 faizdən çox olub.