Mərkəzi Nəbatat Bağı ilə bağlı yeni layihə hazırlanır.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, bu, xaricdən gələn mütəxəssislərin iştirakı ilə hazırlanan unikal layihə olacaq. 

"Parkın ərazisi 46 hektardan ibarətdir. Bu layihəni tamamlamaq üçün vaxt tələb olunur. Layihə tam hazırlanandan sonra ictimaiyyətə təqdim olunacaq”.