Mərakeşdə sentyabrın 8-nə keçən gecə baş verən zəlzələdə həyatını itirənlərin sayı 2 min 960-a yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mərakeş hökumətin sözçüsü Mustafa Baytaş Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında bildirib.

Fəlakət bölgələrində işlərin davam etdiyi bir vaxtda dağılmış evlərin sayılması prosesinin müxtəlif maraqlı tərəflər arasında koordinasiya əsasında aparıldığını qeyd edən Baytaş hökumətin zərər çəkmiş evlərin hesablanmasını gələn ayın sonuna qədər başa çatdıracağına ümid etdiyini bildirib.

Hökumət sözçüsü bildirib ki, hesablama prosesi başa çatdıqdan sonra bu sentyabrdan başlayaraq bir il ərzində zəlzələdən zərər çəkmiş hər ailəyə aylıq 2500 dirhəm (250 ABŞ dolları) məbləğində ödəniş ediləcək.