Mərakeşdə 7 bal gücündə zəlzələ qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərakeş şəhərindən 72 kilometr qərbdə baş verən zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların təsirindən bəzi binalar dağılıb, 290 nəfəri ötüb, 153 şəxs yaralanıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.