"Meksika nizamsız miqrant böhranının yaratdığı problemləri həll etmək üçün 10 ölkə ilə görüş keçirməyi qərara alıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu Meksika prezidenti Andres Manuel Lopez Obrador Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında çıxışı zamanı deyib.

"Miqrasiya problemlərini müzakirə etmək üçün 10 ölkənin iştirakı ilə bir toplantı təşkil ediləcək.

Miqrasiya axınını dayandırmalı və artan risklər qarşısında immiqrantları qorumalıyıq. Ümid edirəm ki, ortaq yardım planı üzərində danışıqlar aparacağıq. Düşünürəm ki, biz bu görüşü 10 gün ərzində keçirə bilərik”, - deyə o, bildirib.

 

Gözəl Həşimova