"Əgər həqiqətən Ukraynanın Starlink peyk rabitəsi xidmətinə çıxışı məhdudlaşdırılıbsa, Şimali Amerikada ağlı başında olan sonuncu insan Elon Maskdır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Belə ki, CNN-in yazıçı və jurnalist Valter İsaaksonun yazdığı Maskın tərcümeyi-halına istinadən verdiyi məlumata görə , Mask nüvə müharibəsinin başlayacağından qorxduğu üçün Ukraynanın Starlink-ə çıxışını kəsib.

Bundan sonra Medvedev sosial şəbəkədə yazıb: "İsaaksonun kitabında yazdıqları doğrudursa, o zaman belə görünür ki, Mask Şimali Amerikada ağlı başında olan sonuncu insandır".

CNN-in xəbərinə görə, İsaaksonun kitabı "Simon & Schuster" tərəfindən sentyabrın 12-də nəşr olunacaq.