Malidə 2 ayrı terror aktı nəticəsində 49 mülki şəxs və 15 əsgər həyatını itirib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Timbuktu bölgəsindən keçən Niger çayı üzərində hərəkət edən sərnişin gəmisi raketlərlə hücuma məruz qalıb.

Mühərriki 3 raketlə vurulan qayıqda 49 nəfərin həlak olduğu bildirilib. Eyni zamanda, 300 nəfərin olduğu qayıq ciddi zədələnməsinə baxmayaraq, sahilə yaxınlaşa bilib.

Digər tərəfdən, Bamba rayonunda yerləşən əsgərlərə təşkil edilən hücumda 15 əsgərin həlak olub.

 

Gözəl Həşimova