Türkiyənin Malatya vilayətinin Kale rayonunda 4 bal gücündə zəlzələ olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 15:41-də (Bakı vaxtı ilə 16:41) episentri Kale olan 4 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin 9,7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Malatya valisi Ersin Yazıcı zəlzələdən zərər çəkən vətəndaşlara tezliklə şəfa diləyib.

Hal-hazırda heç bir mənfi xəbər almadıqlarını ifadə edən Yazıcı qeyd edib: "Bu günə qədər 112 Təcili Zəng Mərkəzimizə çatan heç bir mənfi xəbər yoxdur. Qruplarımız sahədə işlər aparır və hadisələri izləyirik".