Macarıstan və Slovakiyanın Baş nazirləri Viktor Orban və Robert Fiko Ukraynaya Avropa İttifaqı (Aİ) fondundan 50 milyard avro məbləğində yeni yardım paketinin ayrılmasına qarşı çıxıblar.

Bu barədə İqtisadiyyat.az “Politico”ya istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Brüsseldə əlavə maliyyələşdirmənin müzakirəsi zamanı Robert Fiko Ukraynada korrupsiya ilə bağlı problemlərə diqqət çəkib.

Qeyd edək ki, Ukrayna üçün əlavə 50 milyard avro Aİ-nin 2024-2027-ci illər üçün büdcə layihəsinə daxil edilməli idi. Aİ büdcəsinə dəyişiklik etmək üçün icmaya üzv olan 27 ölkənin hamısının razılığı tələb olunur.

 

Gözəl Həşimova