Livanın cənubundan İsrailə 50-dən çox raket atılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusu "X" sosial media platformasından məlumat yayıb.

Bundan əlavə, Livan ərazisindən İsrailin şimalına doğru atəş açılıb, lakin itki qeydə alınmayıb.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail-Livan sərhədində baş verən toqquşmalarda 129 Hizbullah üzvü və 28 Livan vətəndaşı, 5 İsrail vətəndaşı və 9 İsrail əsgəri həlak olub.

 

Gözəl Həşimova