Litvada mayın 12-də keçirilən prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib.

İqtisadiyyat.az xəbər verir ki, seçiklərin ikinci turu iki həftədən sonra keçiriləcək.

Baş Seçki Komissiyasının saytında real vaxt rejimində səslərin hesablanması zamanı yerləşdirilən məlumatlara görə, birinci yeri 46,08% səslə ikinci müddətə yenidən seçilmək istəyən hazırkı prezident Gitanas Nauseda tutub.

Baş nazir İnqrida Simonyte 16,48% səslə ikinci olub. Məhz o, ikinci turda Nausėda ilə yarışmalı olacaq.

Ümumilikdə prezidentlik yarışında səkkiz namizəd mübarizə aparıb