Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə Türkiyənin Parisə təyin olunmuş yeni səfiri Yunus Demirer arasında görüş olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Leyla Abdullayeva "X"də paylaşım edib.

Qeyd edilib ki, görüş Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub. L,Abdullayeva türkiyəli həmkarına diplomatik fəaliyyətində uğurlar arzulayıb.