"Qərb dövlətləri Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Rusiyanı sıxışdırıb çıxarmaqdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair "TASS"a eksklüziv müsahibəsində deyib.

"Ermənistan indi bir sıra çətinliklərlə üz-üzədir. Üstəlik, Qərb ölkələrinin köməyi ilə onların öhdəsindən gəlmək mümkün deyil. ABŞ və Avropa İttifaqı Rusiyadan fərqli olaraq, Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır”, - rusiyalı nazir qeyd edib.

 

Gözəl Həşimova