Xəbər verdiyimiz kimi, bu gün Laçın rayonunun Ağcakənd kəndi ərazisində “Kamaz” markalı sərnişin avtobusu hərəkətdə olan zaman sürücünün idarəetməni itirməsi səbəbindən dərəyə yuvarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.

İlkin məlumata görə, nəqliyyat vasitəsində olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.