"Rusiya və Ukrayna 2022-ci ilin martında İstanbulda danışıqlar apardıqdan sonra münaqişənin sülh yolu ilə həllinə yaxın idi". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin keçmiş birinci müavini, Moskva ilə danışıqlarda iştirak edə Kiyev nümayəndə heyətinin üzvü Aleksandr Çalıy bildirib.

"Biz Rusiya nümayəndə heyəti ilə faktiki olaraq iki ay, mart və aprel (2022-ci il) aylarında Ukrayna və Rusiya arasında sülh yolu ilə nizamlanmaya dair mümkün razılaşmanı müzakirə etdik. Və biz, xatırladığınız kimi, İstanbul kommünikesini bağladıq. Bu razılaşma aprelin sonunda müharibəni bir növ sülh sazişi ilə bitirməyi hədəfləyirdi. Nədənsə bu, təxirə salındı", - diplomat qeyd edib. 

"Biz real kompromis tapa bildik; Rusiya prezidenti Vladimir Putin həqiqətən Ukrayna ilə sülh yolu ilə nizamlanmaya nail olmaq istəyirdi", - Çalıy əlavə edib. Lakin o, müqavilənin 2022-ci ildə bağlanmasına konkret nəyin mane olduğunu izah etməyib.