"Ukrayna Rusiya ilə dondurulmuş münaqişəni qəbul etmir, ona görə də 2024-cü ildə müdafiə strategiyasına keçid onun üçün mümkün deyil". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Fransanın "Le Figaro" qəzetinə müsahibəsində Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak deyib.

Nəşrin 2024-cü ildə Kiyev üçün "müdafiə müharibəsi" aparmağı bir seçim hesab edib-etməməsi sualına cavab verən Ermak bildirib: "Bu mümkün deyil. Müdafiə mövqeyinə keçid tez-tez münaqişənin dondurulmasına gətirib çıxarır".

Onun sözlərinə görə, 2014-cü ildən Ukrayna məhz bu vəziyyətdədir, ona görə də respublika hakimiyyəti Rusiya Federasiyası ilə dondurulmuş münaqişə ilə heç vaxt barışmayacaq.