"Yəməndən Husilərin Yaxın Şərqdəki hər üç su yolunu bağlamağı planlaşdırdıqları barədə xəbərlər var".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Middle East Spectator" teleqram kanalı məlumat yayıb. 

Mənbənin məlumatına görə, Husilər hərəkatı Yaxın Şərqdə üç əsas su yolunu - Bab əl Məndab, Hörmüz boğazı və Süveyş kanalını bağlayaraq "Əqsa üçbucağı" adlı planın həyata keçirilməsi imkanlarını müzakirə edir.

Bu hərəkətlər Qətər, BƏƏ və Səudiyyə Ərəbistanından İsrailə neft və qaz nəqlinin dayandırılmasına səbəb olacaq.