İsrailin cənubundakı Aşkelon şəhəri Qəzza zolağından raket atəşinə tutulub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Times of İsrael" məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri və bələdiyyə bildirir ki, Qəzza zolağından Aşkelona atılan raket şəhərdəki binalardan birinə düşüb", - nəşr yazır.

Tələfat və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

Daha əvvəl bildirilmişdi ki, Aşkelonda raket hücumu barədə xəbərdarlıq edən hava hücumu sirenləri səslənib.