"Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı gələn ayın əvvəlində təqdim olunma ehtimalı olan 12-ci sanksiyalar paketinin müzakirəsinə başlamağa hazırdır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, oktyabrın birinci yarısında yeni məhdudlaşdırıcı tədbirlər təqdim oluna bilər. Agentlik qeyd edir ki, yeni sanksiyalar oktyabrda planlaşdırılan Aİ-ABŞ sammiti zamanı elan oluna bilər, lakin sammitin dəqiq tarixi hələ açıqlanmayıb.

Agentliyin məlumatına görə, bir qrup Aİ ölkəsi Rusiyanın nüvə sektoruna məhdudiyyətlər qoymağa çağırıb. Mənbələrin sözlərinə görə, sanksiyaların tətbiqinə çox az vaxt qalıb. Həmçinin Aİ-nin 12-ci sanksiyalar paketinə Rusiya Federasiyasından almazların idxalına qadağa da daxil ola bilər.

Bloomberg qeyd edib ki, bəzi Aİ ölkələri yeni paket çərçivəsində Rusiya İT sektorundan LNG-yə qədər bir çox məhsula məhdudiyyətlər qoymağa çağıracaqlar.

İddia edilir ki, Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya kömək etmək üçün istifadə mexanizmini təklif edə bilər.