"ABŞ Hərbi Hava Qüvvələri Finlandiyanın Rusiya ilə həmsərhəd Lapland regionunda yerləşən Rovaniemi hava limanından istifadə etməyi planlaşdırır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "İltalehti" qəzeti məlumat yayıb.

Qəzet qeyd edib ki, Finlandiya hakimiyyəti məlumatı təsdiqləyib. Finlandiya prezidenti Sauli Niinistonun sözlərinə görə, Helsinki və Vaşinqton tərəfindən müzakirə edilən müdafiə sahəsində əməkdaşlıq haqqında yeni sazişin həyata keçirilməsi ABŞ-nin Finlandiyada müəyyən qədər iştirakına səbəb olacaq. 

"İltalehti" bildirir ki, danışıqlar ən yüksək mərhələyə çatıb.