Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 267-yə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Keniyanın daxili işlər naziri Kithure Kindiki mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, daşqınlarda yaralananların sayı 188 nəfərə çatıb. Ümumillikdə 75 nəfər itkin düşüb, 56 min ailə isə öz evindən didərgin düşüb.

 

Gözəl Həşimova