2022-ci ilin martından bəri Kanadaya 210 mindən çox ukraynalı qaçqın gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "CTV" kanalı məlumat yayıb.

Məlumata görə, martın sonuna qədər Şimali Amerika ölkəsinə ən azı 90 min ukraynalı qaçqın gələ bilər.

Ümumilikdə, Kanada hakimiyyəti bu ilin martın 31-də başa çatacaq xüsusi proqram çərçivəsində ukraynalılara 936 mindən çox viza verib.

 

Gözəl Həşimova