2019-cu ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (141,5 milyon dollar) liderliyini qoruyub.
Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 107,7 milyon dollar) ikinci və pambıq mahlıcı  (85,1 milyon dollar) üçüncü yerdə qərarlaşıb. 
Ümumiyyətlə, 2019-cu ilin ilk 8 ayı ərzində meyvə-tərəvəz ixracı 361,7 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 136,8 milyon, pambıq lifi ixracı 86,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 81,3 milyon,  kimya sənayesi məhsullarının ixracı 68,5 milyon, elektrik enerjisinin ixracı 58,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 41,4 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 18,9 milyon, pambıq ipliyi ixracı 20,2 milyon, şəkər ixracı  20,1 milyon  dollar təşkil edib. 
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 2 dəfə,  kimya sənayesi məhsullarının ixracı 68,7%, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 51,3%, pambıq lifinin ixracı 49,4%, pambıq ipliyinin ixracı 40,3%, şəkər ixracı 15,5%, meyvə-tərəvəzin ixracı 14,5% artıb.