İstanbul Hava Limanında Ticarət Nazirliyinin Gömrük Mühafizə qrupları tərəfindən həyata keçirilən əməliyyatda 568 kiloqram narkotik maddə ələ keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata görə, İstanbul Hava Limanında Gömrük Mühafizə qrupları tərəfindən həyata keçirilən uğurlu əməliyyatda 568 kiloqram narkotik maddə ələ keçirilib.

"Ticarət Nazirliyi olaraq bu günə qədər etdiyimiz kimi millətimizi, xüsusən də gələcəyimiz olaraq gördüyümüz uşaq və gənclərimizi narkotikdən qorumaq üçün əlimizdən gələni etməyə davam edəcəyik. Qeyri-qanuni ticarətə əl atanlara, sağlam gələcəyimizi təhdid edənlərə imkan verməyəcəyik", - məlumatda qeyd edilib.