"İsrailin xarici işlər naziri İsrael Katz Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurasının üzv ölkələrin xarici işlər nazirlərinin iştirak etdiyi sessiyasında iştirak etmək üçün Brüsselə gedib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Katz forumda çıxış edəcək və Fransa, Yunanıstan, Avstriya, Xorvatiya, Çexiya, Belçika, Bolqarıstan və Danimarkadan olan həmkarları, eləcə də Aİ-nin digər rəsmiləri ilə görüşəcək.

Qeyd edilib ki, İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, Katz HƏMAS-ı məğlub etməyin və Qəzzada saxlanılan girovların evlərinə qaytarılmasının vacibliyinə diqqət yetirəcək.