"Artıq 9 aydır ki, İsraildə sosial böhran yaşanır".

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu sözləri İsrail prezidenti İsaak Hersoq deyib.

O bildirib ki, mövcud vəziyyət İsrail cəmiyyətinə, iqtisadiyyatına və xüsusilə də dövlətin təhlükəsizliyinə mənfi təsir göstərməkdədir:

"Dialoq olmadan həll yolu yoxdur, qarşılıqlı hörmət olmadan irəli getmək mümkün deyil. Dövlət orqanları arasında çətin və təhlükəli böhranı aradan qaldırmalı, onlar arasında sağlam balans yaratmalıyıq". 

Qeyd edək ki, bu ilin yanvar ayında İsrailin ədliyyə naziri Yariv Levin tərəfindən məhkəmə islahatı həyata keçirilib. İslahatda Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakim təyinatları ilə bağlı dəyişiklik yer alıb. 

Gülşən Şərif