2023-cü ilin noyabr ayının sonunda quru əməliyyatı başlayandan Qəzza zolağında HƏMAS hərəkatı ilə döyüşlərdə həlak olan İsrail Müdafiə Qüvvələrinin şəxsi heyətinin sayı 195-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bazar günü daha bir əsgər həlak olub.

Son məlumatlara görə, Qəzza zolağının cənubunda 23 yaşlı çavuş ölüb. 2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlılarının hücumundan sonra münaqişənin kəskinləşməsindən bəri İsrail ordusunun ümumi itkiləri 530 nəfəri keçib.