İsrail hərbçiləri Livanda radikal sünni qruplaşması "Əl-Cəmaə əl-İslamiyyə"nin komandirlərindən biri Şurahbil əs-Seyidi öldürüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o, İsrail Hərbi Hava Qüvvələrinin Məcdəl Əncar bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində məhv edilib. İsrail ordusunun məlumatına görə, əl-Seyyid Livan ərazisindən İsrailə çoxsaylı hücumların hazırlanmasında iştirak edib, həmçinin HƏMAS hərəkatının Livan qanadı ilə qarşılıqlı əlaqədə olub.

"Onun qətli terror təşkilatının şimal sərhəd bölgəsində İsrail dövlətinə qarşı son vaxtlar planlaşdırdığı və yaxın gələcəkdə həyata keçirməyi planlaşdırdığı terror hücumlarını inkişaf etdirmək və həyata keçirmək qabiliyyətini sarsıtmaq məqsədilə həyata keçirilib", - deyə məlumatda bildirilir.