İranda hökumət əleyhinə etirazlar yenidən baş qaldıra bilər.

İqtisadiyyat.az xəbər vedrir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin hesabatında deyilir.

İran hakimiyyəti Məhsa Amininin ölümünün ildönümü ərəfəsində hökumət əleyhinə etirazların qarşısını almaq üçün tədbirlər görməyə davam edir. Ekspertlər vurğulayırlar ki, sentyabrın 7-də İran təhlükəsizlik xidməti etiraz təşkilatçıları şəbəkəsinin həbs edildiyini elan edib. Avqustun 17-də isə rejim Məhsa Amininin ildönümündə “xaos və vandalizmi qızışdırmaq” planlarına görə bir qrup qadın hüquq müdafiəçisini həbs edib. 

Bu cür həbslər ölkəni gözləyən yeni etiraz dalğasının qarşısını almaq məqsədi daşıyır. Amma analitiklər hesab edir ki, payız aylarında İranda yeni etiraz aksiyalarının başlaması ehtimalı yüksəkdir.