Bu gün günorta saatlarında İranın şimalında yerləşən Qum vilayətində metaləritmə zavodunda güclü partlayış baş verib.

İqtisadiyyat.az-ın məlumatına görə, hadisə nəticəsində 21 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralanlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.