Tesla və SpaceX-in baş icraçı direktoru (CEO) İlon Mask gələn il TEKNOFEST-də şəxsən iştirak etməyi və Türkiyədə investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözlədiyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Mask "X" sosial media hesabında Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı TEKNOFEST haqqında paylaşım paylaşıb.

TEKNOFEST-dən görüntülərlə video paylaşan Mask festival çərçivəsində yarışlarda iştirak edən bütün komandaları təbrik edib.

O, TEKNOFEST-ə dəvət etdiyi üçün prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib: "Gələn il TEKNOFEST-də şəxsən iştirak etməyi və Türkiyədə investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözləyirəm".