Böyük Britaniyada yerləşən çoxmillətli investisiya bankı və maliyyə xidmətləri şirkəti (HSBC) Rusiya və Belarusa hüquqi şəxslərin pul köçürmələrini dayandıracaq. 

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, HSBC bu qərarı beynəlxalq maliyyə sektorunda davam edən mürəkkəb münasibətlər fonunda verib. 

HSBC-nin məlumatına görə, bu qərar Rusiya və Belarusiyada risklərin əməliyyat təsirini minimuma endirmək üçün nəzərdə tutulub, hətta köçürmələrə qüvvədə olan qanunlar və qaydalar tərəfindən icazə verildiyi halda belə tətbiq ediləcək.

Bankın Rusiya şirkətləri ilə işləyən korporativ müştərilərinin biznes menecerlərindən biri qəzetə bildirib ki, o, belə əməliyyatlara tam qadağa qoyulmasını həddindən artıq gərəksiz hesab edir, çünki Rusiyada Qərbin sanksiyalarına məruz qalmayan kommersiya fəaliyyəti növləri var.