Hindistanın mərkəzində avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 13 nəfər ölüb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Madhya Pradeş əyalətinin Quna rayonunda baş verib.

Məlumatda daha 16 nəfər yanıq və sümük xəsarətləri alaraq xəstəxanaya aparıldıqları qeyd olunub.