Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-nə olan məlumatına əsasən ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür.

Xidmətdən İqtisadiyyat.az-a verilən xəbərə görə, Qəbələ, Qax, Şəki, Tərtər, Lerik, Astara, Balakən, Altıağac, Quba, Qusar, Xaltan, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı və İsmayıllı rayonlarında yağan leysan xarakterli yağış səhər saatlarından kəsilib.

Milli Hidrometeorologiya Xidmətinin saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuzdur. Hazırda İsmayıllı rayonunda 25, Göyçay rayonunda 30, Qəbələdə 25, Bakıda və Abşeron yarımadasında 30 dərəcəyədək, Naxçıvan MR-da 29 dərəcəyədək, Aran rayonlarında 31 dərəcəyədək, dağlıq rayonlarda 23 dərəcəyədək isti müşahidə olunur.

Bu gün və sabah əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.