“Yaxın günlər ərzində ölkədə nisbətən yüksək atmosfer təzyiqi müşahidə olunacaq”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Şuşa, Kəlbəcər və Laçında yaxın günlərdə hava şəraitinin yağmursuz keçməsi proqnozlaşdırılır:

“Səhər və axşam saatlarında dumanlı hava olacaq. Gecə saatlarında 2-7 dərəcə arasında şaxta olacaq. Eyni zamanda, gündüz saatlarında havanın temperaturu 3-5 dərəcə təşkil edəcək. Səhər saatlarında isə 0-3 dərəcə şaxta olacağı gözlənilir”.

O qeyd edib ki, respublikanın digər rayonlarında yağmursuz hava şəraiti olacaq:

“Dekabrın 16-da şimal və şərq rayonlarında az yağıntılı hava şəraiti gözlənilir. Bakı və Abşeron yarımadasında dekabrın 14-16-da gecə saatlarında şimal küləyi əsəcək. Havanın temperaturu ötən həftə ilə müqayisədə 2-3 dərəcə yüksələcək və öz iqlim normasına yaxınlaşacaq”.